0
Wednesday 3 March 2021 - 10:31

İraq deputatı: “Bağdadın sükutu ABŞ-ın Əl-Həşduş Şəbiyə qarşı yeni hücumlarına zəmin yaradacaq”

Story Code : 919397
İraq deputatı: “Bağdadın sükutu ABŞ-ın Əl-Həşduş Şəbiyə qarşı yeni hücumlarına zəmin yaradacaq”
Deyerler.org Al-Maalomah-a istinadən xəbər verir ki, deputat Əhməd Əli belə deyib: “ABŞ-ın Suriya sərhədinə son hücumu İraqın içində baş verdi və həqiqət bəllidir və bu hücumlardan məsul olan tərəflər bəllidir.

Hökumətin (Mustafa Əl-Kazımi) ABŞ-ın Əl-Həşduş Şəbiyə qarşı cinayətlərinə susması şübhə doğurur, çünki ABŞ-ın hərəkətləri ilə bağlı hər hansı rəsmi və ya açıq mövqe tutmadı”.

O, həmçinin əlavə edib ki, hökumətin ABŞ cinayətlərinə susması bu cür cinayətlərin təkrarlanmasına zəmin hazırlayır, çünki bu, Əl-Həşduş Şəbiyə qarşı son hücum olmayacaq və bu sükut nəticəsində hücumlar təkrarlanacaq: “Hökumətdən ABŞ-a qarşı açıq və birmənalı mövqe tutması tələb olunur, çünki araşdırmalar Vaşinqtonun iddialarına zidd olaraq, cinayətin xaricdə deyil, İraq daxilində baş verdiyini göstərdi”.