QR CodeQR Code

İsraildə Netanyahuya qarşı etirazlar

8 Mar 2021 08:21

İslamTimes: İşğal olunmuş ərazilərdə bir neçə şəhərdə minlərlə sionist nümayişçi Baş nazir Binyamin Netanyahunun istefası tələbi ilə növbəti dəfə küçələrə çıxıb


Teleqraf.com xəbər verir ki, Netanyahunun Qüdsdəki iqamətgahının qarşısındakı aksiya Baş nazirin tərəfdarları ilə əleyhdarları arasında toqquşmalara çevrilib.

Təl-Əviv və Kesariyada aksiya iştirakçıları əllərində “Netanyahu, sən uduzmusan, get”, “Netanyahu, artıq get” sözləri yazılmış plakatlarla Netanyahu və hökumətə qarşı şüarlar səsləndirib.

Qeyd edək ki, martın 23-də işğalçı İsraildə ümumi seçkilər keçiriləcək. Ölkədə etiraz aksiyaları artıq 37 həftədir davam edir. Etirazların səbəbləri Netanyahuya qarşı korrupsiya ittihamı, həmçinin, israillilərin COVID-19 pandemiyasına qarşı hökumət tədbirlərindən və onunla bağlı məhdudiyyətlərdən narazılığıdır.


Story Code: 920255

News Link :
https://www.islamtimes.org/az/news/920255/israildə-netanyahuya-qarşı-etirazlar

Islam Times
  https://www.islamtimes.org