0
Monday 8 March 2021 - 08:21

İsraildə Netanyahuya qarşı etirazlar

Story Code : 920255
İsraildə Netanyahuya qarşı etirazlar
Teleqraf.com xəbər verir ki, Netanyahunun Qüdsdəki iqamətgahının qarşısındakı aksiya Baş nazirin tərəfdarları ilə əleyhdarları arasında toqquşmalara çevrilib.

Təl-Əviv və Kesariyada aksiya iştirakçıları əllərində “Netanyahu, sən uduzmusan, get”, “Netanyahu, artıq get” sözləri yazılmış plakatlarla Netanyahu və hökumətə qarşı şüarlar səsləndirib.

Qeyd edək ki, martın 23-də işğalçı İsraildə ümumi seçkilər keçiriləcək. Ölkədə etiraz aksiyaları artıq 37 həftədir davam edir. Etirazların səbəbləri Netanyahuya qarşı korrupsiya ittihamı, həmçinin, israillilərin COVID-19 pandemiyasına qarşı hökumət tədbirlərindən və onunla bağlı məhdudiyyətlərdən narazılığıdır.