QR CodeQR Code

Səudiyyə rejimi neft limanına və “Aramco”ya edilən hücumları təsdiqlədi

Deyerler , 8 Mar 2021 17:30

İslamtimes - Səudiyyə rejiminin Energetika Nazirliyi dünyanın ən böyük limanlarından biri olan Ras Tanura limanı və “Saudi Aramco” obyektlərinə hücumların edildiyini təsdiqləyib.



Deyerler.org xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi SPA-nın Enerji Nazirliyinin rəsmilərinə əsaslanan xəbərinə görə, dünən (7 mart) ölkənin şərqindəki Ras Tanura bölgəsinə edilən hücumda tələfat və dağıntıların olmadığı qeyd edilib.
 
Xəbərdə, şərqdəki Zahran şəhərindəki “Saudi Aramco” obyektlərinə axşam saatlarında ballistik raketlərlə hücum edildiyi vurğulanıb.
 
Səudiyyə rejiminin Müdafiə Nazirliyinin sözçüsü Turki Əl-Maliki də Energetika Nazirliyinin verdiyi açıqlamalara diqqət çəkərək, Zahran şəhərindəki Ras Tanura Limanı və Aramco obyektlərinə edilən hücumların ləğv edildiyini bildirib.
 
Sözçü bu cür hücumların Səudiyyə rejimini, dünya ticarətini və neft daşımasını hədəfə aldığına diqqət çəkib.
 


Story Code: 920360

News Link :
https://www.islamtimes.org/az/news/920360/səudiyyə-rejimi-neft-limanına-və-aramco-ya-edilən-hücumları-təsdiqlədi

Islam Times
  https://www.islamtimes.org