QR CodeQR Code

ABŞ və Çin rəsmiləri Alyaskada görüşəcək

11 Mar 2021 10:49

İslamTimes: ABŞ və Çin rəsmiləri arasında Alyaskada görüş keçiriləcək.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, görüşdə ABŞ tərəfdən dövlət katibi Entoni Blinken, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Çindən isə xarici işlər naziri Vanq Yi və Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici Əlaqələr üzrə İdarəsinin rəhbəri Yan Tszesi iştirak edəcək.

Baş tutacaq görüşün məzmunu ilə bağlı məlumat verilmir.


Story Code: 920837

News Link :
https://www.islamtimes.org/az/news/920837/abş-və-çin-rəsmiləri-alyaskada-görüşəcək

Islam Times
  https://www.islamtimes.org