0
Thursday 11 March 2021 - 10:49

ABŞ və Çin rəsmiləri Alyaskada görüşəcək

Story Code : 920837
ABŞ və Çin rəsmiləri Alyaskada görüşəcək
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, görüşdə ABŞ tərəfdən dövlət katibi Entoni Blinken, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Çindən isə xarici işlər naziri Vanq Yi və Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici Əlaqələr üzrə İdarəsinin rəhbəri Yan Tszesi iştirak edəcək.

Baş tutacaq görüşün məzmunu ilə bağlı məlumat verilmir.