QR CodeQR Code

İrana məxsus yük gəmisi terror hücumuna məruz qalıb

13 Mar 2021 11:25

İslamTimes: Aralıq dənizinin beynəlxalq sularında baş verən terror aktı nəticəsində "Şahr-e Kord" yük gəmisinin bir hissəsi zədələnib.


SalamNews -un "MehrNews"a istinadən verdiyi xəbərə görə, bunu İran gəmiçilik şirkətinin  mətbuat katibi Əli Qiasyan açıqlayıb.

Onun sözlərinə görə, terror aktı Aralıq dənizində törədilib və nəticədə "Şahr-e Kord" yük gəmisinin bir hissəsinə ziyan dəyib.

“İslam Respublikası konteyner daşımaları şirkətinə məxsus gəmi İrandan Avropaya gedirdi.

Partlayıcı maddə gəmiyə dəydikdən sonra partlayış baş verib, kiçik miqyaslı yanğın baş verib, gəmi komandiri və heyətinin vaxtında göstərdiyi səylərlə dərhal söndürülüb, heyət üzvündən heç kim  yaralanmayıb", o qeyd edib.


Story Code: 921255

News Link :
https://www.islamtimes.org/az/news/921255/irana-məxsus-yük-gəmisi-terror-hücumuna-məruz-qalıb

Islam Times
  https://www.islamtimes.org