QR CodeQR Code

Çin terrorla mübarizədə İraqla əməkdaşlığa hazırdır!

إسلام تايمز , 13 Mar 2021 20:12

İslamTimes: Çin Xarici İşlər Nazirliyi terrorla mübarizədə İraqla həmkarlığa hazır olduğunu bir daha vurğulayıb


"China Global Television Network" (CGTN) informasiya şəbəkəsinin verdiyi məlumata görə, Çin Xarici İşlər Naziri Vanq Yi İraqın məntəqədəki önəmli roluna işarə ilə bildirib ki, Çin rəsmi Bağdadı terrorizmlə, o cümlədən İŞİD-lə mübarizədə dəstəkləyir.

Çin XİN başçısı Covid-19 vaksinlərinin İraqa göndərildiyini bildirərək deyib ki, iki ölkə koronavirus pandemiyasından sonrakı dönəmlə bağlı da danışıqları davam etdirməlidir.

Vang Yi əlavə edib ki, Çin hökuməti Çin şirkətlərini İraqın yenidən qurulmasında, elektrik, nəqliyyat, rabitə və digər sahələrdə əməkdaşlıqda rol oynamağa təşviq etməyə davam edəcək.

İraq XİN başçısı Fuad Hüseyn də Çinə, koronavirusla mübarizədə İraqa verdiyi dəstəyə görə təşəkkür edərək bunun iki xalq arasındakı dərin dostluğun göstərgəsi olduğunu bildirib.


Story Code: 921372

News Link :
https://www.islamtimes.org/az/news/921372/çin-terrorla-mübarizədə-iraqla-əməkdaşlığa-hazırdır

Islam Times
  https://www.islamtimes.org