QR CodeQR Code

“Reuters”: ABŞ 1 ay KXDR-lə əlaqə qurmağa çalışıb

14 Mar 2021 11:26

İslamTimes: ABŞ hakimiyyəti fevralın ortalarından "müxtəlif kanallar üzrə" cəhdlərlə Koreya Xalq Demokratik Respublikasının (KXDR) nümayəndələri ilə əlaqə saxlamağa təşəbbüs göstərib.


“Report” xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasındakı mənbəyə istinadən “Reuters” agentliyi bildirib.

Qeyd edilir ki, rəsmi Vaşinqton buna cavab ala bilməyib.

"Biz indiki ana qədər rəsmi Pxenyandan hər hansı cavab almadıq", - mənbə agentliyə deyib.

Daha əvvəl BMT baş katibi də ABŞ, KXDR və Cənubi Koreyanı dialoqa çağırıb. Təşkilatın baş katibi Antoniu Quttereş ABŞ-ı, Koreya Xalq Demokratik Respublikasını (KXDR) Koreya yarımadasının tam və yoxlanılan nüvəsizləşdirilməsi uğuru üçün dialoqu davam etdirməyə çağırıb.


Story Code: 921451

News Link :
https://www.islamtimes.org/az/news/921451/reuters-abş-1-ay-kxdr-lə-əlaqə-qurmağa-çalışıb

Islam Times
  https://www.islamtimes.org