QR CodeQR Code

Nigeriya xalqı Şeyx Zəkzəkinin azadlığa buraxılması tələbi ilə küçələrə çıxdı

17 Mar 2021 00:35

İslamTimes: Nigeriya xalqı martın 16-sı paytaxt Abucada Şeyx Zəkzəkiyə azadlıq tələb etmək üçün növbəti etiraz aksiyasını keçirib.


Deyerler.org İslamicMovement saytına istinadən xəbər verir ki, etirazçılar qanunsuz olaraq həbsdə saxlanılan Nigeriya İslam Hərəkatının lider Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün Abucada toplaşıblar.

Yürüş mitinqi Federal Katiblik və İnsan Haqları Komissiyasının binasının qarşısında başa çatıb.

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarının hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar. /Deyerler/


Story Code: 921941

News Link :
https://www.islamtimes.org/az/news/921941/nigeriya-xalqı-şeyx-zəkzəkinin-azadlığa-buraxılması-tələbi-ilə-küçələrə-çıxdı

Islam Times
  https://www.islamtimes.org