QR CodeQR Code

İsrail Suriya ərazisini hədəfə almağa çalışıb, havadan müdafiə hərəkətə keçib

17 Mar 2021 10:32

İslamTimes: İşğalçı İsrail təyyarələri ötən gecə Dəməşqətrafı əyalətin cənub bölgələrini hədəfə almağa çalışıb. Suriyanın havadan müdafiə sistemləri hərəkətə keçib.


SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, ötən gecə saat 22.00 radələrində İsrail işğalda olan Colan Yüksəklikləri səmasından Dəməşqətrafı əyalətin cənubunda hərbi hissələri hədəfə almağa çalışıb.

Havadan müdafiə sistemləri raketlərin çoxunu zərərsizləşdirib.

Hərbi mənbələr bildiriblər ki, xəsarətlər yalnız maddidir.

Qeyd edək ki, İsrail iki həftə öncə də Suriya ərazisini hədəfə almışdı. Suriya XİN məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət etmişdi.


Story Code: 921989

News Link :
https://www.islamtimes.org/az/news/921989/israil-suriya-ərazisini-hədəfə-almağa-çalışıb-havadan-müdafiə-hərəkətə-keçib

Islam Times
  https://www.islamtimes.org