0
Wednesday 17 March 2021 - 10:32

İsrail Suriya ərazisini hədəfə almağa çalışıb, havadan müdafiə hərəkətə keçib

Story Code : 921989
İsrail Suriya ərazisini hədəfə almağa çalışıb, havadan müdafiə hərəkətə keçib
SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, ötən gecə saat 22.00 radələrində İsrail işğalda olan Colan Yüksəklikləri səmasından Dəməşqətrafı əyalətin cənubunda hərbi hissələri hədəfə almağa çalışıb.

Havadan müdafiə sistemləri raketlərin çoxunu zərərsizləşdirib.

Hərbi mənbələr bildiriblər ki, xəsarətlər yalnız maddidir.

Qeyd edək ki, İsrail iki həftə öncə də Suriya ərazisini hədəfə almışdı. Suriya XİN məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət etmişdi.