QR CodeQR Code

Beynəlxalq Cinayət Məhkəməsi İsrailə bir ay vaxt verib

18 Mar 2021 12:42

İslamTimes: Beynəlxalq Cinayətlər Məhkəməsi Fələstinlilərin İsrailə qarşı şikayətlərini təmin etdikdən sonra, Təl-Əvivə şikayətlərə cavab üçün bir ay möhlət verib.


SalamNews xəbər verir ki, bu barədə İsrailin “13-cü Telekanalı” məlumat verib.

Bildirilib ki, Beynəlxalq Cinayət Məhkəməsi şikayətlərə cavab vermək üçün İsrailə bir ay möhlət verib.

Məlumata görə bu şikayətlər, işğal edilmiş ərazilərdə şəhər və qəsəbələrin salınması, 2014-cü ildə İsrailin Qəzzaya hücumu, 2018-ci ildə Qəzza-İsrail sərhədində baş qaldırmış “Qayıdış” etiraz aksiyaları və burada törədilən cinayətlərlə bağlıdır.

Bundan öncə Beynəlxalq Cinayət Məhkəməsi fələstinlilərin İsrailə qarşı şikayətlərini təmin etməyə səlahiyyəti çatdığını bildirib və işğal edilmiş ərazilərdə müharibə cinayətləri barədə araşdırmaların aparılacağını deyib.

Qeyd edək ki, bu məhkəmənin baş prokuroru Fatu Bensuda 2019-cu ildə İsrailin əleyhinə olan şikayətlərə baxılacağı bəyanatını vermişdi. O zaman sabiq ABŞ hökuməti beynəlxalq məhkəmənin bir neçə üzvünə sanksiya tətbiq etmiş, İsrail tərəfi isə orada üzv olmadığına görə məhkəmənin qeyd edilən şikayətlərə baxmağa hüququ çatmadığını bəyan etmişdi.


Story Code: 922183

News Link :
https://www.islamtimes.org/az/news/922183/beynəlxalq-cinayət-məhkəməsi-israilə-bir-ay-vaxt-verib

Islam Times
  https://www.islamtimes.org