0
Thursday 18 March 2021 - 12:42

Beynəlxalq Cinayət Məhkəməsi İsrailə bir ay vaxt verib

Story Code : 922183
Beynəlxalq Cinayət Məhkəməsi İsrailə bir ay vaxt verib
SalamNews xəbər verir ki, bu barədə İsrailin “13-cü Telekanalı” məlumat verib.

Bildirilib ki, Beynəlxalq Cinayət Məhkəməsi şikayətlərə cavab vermək üçün İsrailə bir ay möhlət verib.

Məlumata görə bu şikayətlər, işğal edilmiş ərazilərdə şəhər və qəsəbələrin salınması, 2014-cü ildə İsrailin Qəzzaya hücumu, 2018-ci ildə Qəzza-İsrail sərhədində baş qaldırmış “Qayıdış” etiraz aksiyaları və burada törədilən cinayətlərlə bağlıdır.

Bundan öncə Beynəlxalq Cinayət Məhkəməsi fələstinlilərin İsrailə qarşı şikayətlərini təmin etməyə səlahiyyəti çatdığını bildirib və işğal edilmiş ərazilərdə müharibə cinayətləri barədə araşdırmaların aparılacağını deyib.

Qeyd edək ki, bu məhkəmənin baş prokuroru Fatu Bensuda 2019-cu ildə İsrailin əleyhinə olan şikayətlərə baxılacağı bəyanatını vermişdi. O zaman sabiq ABŞ hökuməti beynəlxalq məhkəmənin bir neçə üzvünə sanksiya tətbiq etmiş, İsrail tərəfi isə orada üzv olmadığına görə məhkəmənin qeyd edilən şikayətlərə baxmağa hüququ çatmadığını bəyan etmişdi.