QR CodeQR Code

20 gündə 8 yəmənli uşaq qətlə yetirilib, 33 nəfər yaralanıb

إسلام تايمز , 21 Mar 2021 16:00

İslamTimes: Səudiyyə Ərəbistanı tərərfindən dəstəklənən Mənsur Hadi qüvvələrinin hücumlarından sonra 8 yəmənli körpə həlak olub


UNICEF-in Yəməndəki nümayəndəsi Filip Dumil bildirib ki, istefa vermiş sabiq Yəmən prezidenti Əbdürrəhman Mənsur Hadinin rəhbərlik etdiyi qüvvələrlə Yəmən ordusu arasında Taiz və Əl-Hudeyda da daxil olmaqla müxtəlif məntəqələrdə son 20 gündə baş verən toqquşmalar nəticəsində səkkiz uşaq həlak olub, 33 nəfər yaralanıb.

Çox sayda ailələrin, azyaşlıların bu qarşıdurmalar səbəbindən ağır bədəl ödədiyini qeyd edən Dumil bu hücumları şiddətlə qınadıqlarını vurğulayıb.

Russia Today xəbər verir ki, BMT rəsmisi Taizdə bir məktəb və bir xəstəxananın da hücumlar zamanı hədəf alındığını söyləyib.

Dumil Yəmənin mərkəzindəki və Marib də daxil olmaqla digər vilayətlərdə bir neçə uşağın ağır yaralandığını əlavə edib.


Story Code: 922705

News Link :
https://www.islamtimes.org/az/news/922705/20-gündə-8-yəmənli-uşaq-qətlə-yetirilib-33-nəfər-yaralanıb

Islam Times
  https://www.islamtimes.org