QR CodeQR Code

Konqoda prezidentliyə namizəd seçkilərdən bir gün sonra ölüb

22 Mar 2021 10:03

İslamTimes: Ötən gün Konqo Respublikasında keçirilən prezident seçkilərində namizəd olan Gi-Bris Parfe Kolela gecə dünyasını dəyişib.


“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu onun seçki kampaniyasının direktoru açıqlayıb.

Məlumata görə, siyasətçinin ölümünə səbəb COVID-19 olub. O, hələ seçkilər ərəfəsində xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, martın 21-də Konqoda prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib. Əsas namizəd hazırkı prezident 77 yaşlı Deni Sassu-Nqesso olub. O, 1979-cu ildən bəri ölkəyə başçılıq edir.


Story Code: 922819

News Link :
https://www.islamtimes.org/az/news/922819/konqoda-prezidentliyə-namizəd-seçkilərdən-bir-gün-sonra-ölüb

Islam Times
  https://www.islamtimes.org