QR CodeQR Code

Çinə güzəştə getmək niyyətində deyilik - Sallivan

23 Mar 2021 00:17

İslamTimes: ABŞ Prezidenti Co Bayden administrasiyası Çinlə son danışıqlar zamanı əsas məsələlərdə güzəştə getmək niyyətində deyildi.


Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, ABŞ iki ölkənin maraqlarının üst-üstə düşdüyü məsələlərdə Çinlə dialoq aparmağa hazırdır.

“Bunlar iqlim dəyişikliyi ilə mübarizə, İran və Əfqanıstan kimi məsələlərdir. Amma ABŞ tərəfi bəzi məsələlərdə heç bir güzəştə getməyəcək”, - Sallivan bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ və Çin rəsmiləri arasında Alyaskada görüş keçirilmişdi.


Story Code: 922946

News Link :
https://www.islamtimes.org/az/news/922946/çinə-güzəştə-getmək-niyyətində-deyilik-sallivan

Islam Times
  https://www.islamtimes.org