QR CodeQR Code

Həbsxana nəzarətçiləri lazım olduqda gözlərini yumur…

16 Aug 2011 14:16

IslamTimes - 10 gün əvvəl tutulan şəxs özünü öldürüb. Təqsirləndirilən şəxsin özünü belindəki iplə asdığı iddia edilir...


Bakının Xəzər rayonunda 10 gün əvvəl həbs olunan şəxs özünü öldürüb. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında saxlanılan 45 yaşlı İslam Fərziyev özünü kamerada belindəki iplə asıb. Onun meyiti bu gün səhər saatlarında həbsxana nəzarətçiləri tərəfindən kamerada aşkarlanıb.

İ. Fərziyev cəmi 10 gün əvvəl, yəni avqustun 5-də narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilək saxlanılmışdı. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. /Milli.az/


Story Code: 92298

News Link :
https://www.islamtimes.org/az/news/92298/həbsxana-nəzarətçiləri-lazım-olduqda-gözlərini-yumur

Islam Times
  https://www.islamtimes.org