QR CodeQR Code

Sabah Moskvada Rusiya-İran danışıqları başlayacaq

16 Aug 2011 18:10

IslamTimes - Rusiya XİN-in rəsmisi Aleksandr Lukaşeviç həmçinin deyib ki, İran-Rusiya təmasları zamanı regional mövzulara xüsusi diqqət ayrılacaq


Avqusutn 16-17-də Moskvada Rusiya-İran danışıqları keçiriləcək. APA-nın Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdyi məlumata görə, iki ölkənin xarici işlər nazirləri Serqey Lavrov və Əli Əkbər Salehi İranın nüvə proqramı, ikitərəfli iqtisadi münasibətlər və regional təhlükəsizik məsələləri ətrafında fikir mübadiləsi etmək niyyətindədirlər. Rusiya XİN-in rəsmisi Aleksandr Lukaşeviç həmçinin deyib ki, İran-Rusiya təmasları zamanı regional mövzulara xüsusi diqqət ayrılacaq. “Ümid edirik ki, Qafqaz və Mərkəzi Asiya, Xəzər problemi, Əfqanıstan və Yaxın Şərqdəki mövcud duruma dair siyasi yanaşmalarımızı tutuşdurmaq imkanı olacaq”.


Story Code: 92344

News Link :
https://www.islamtimes.org/az/news/92344/sabah-moskvada-rusiya-iran-danışıqları-başlayacaq

Islam Times
  https://www.islamtimes.org