QR CodeQR Code

Nimeyi-Şəban gecəsinin xüsusi namazı (şam və xüftən namazları arasında)

Deyerler , 28 Mar 2021 16:27

İslamtimes - Nimeyi-Şəban gecəsinin (şəban ayının 15-ci gecəsinin) xüsusi namazının qaydasını Sizlərin diqqətinə çatdırırıq:


Həzrət Peyğəmbər (s) buyurub: “Kim Şəban ayının on beşinci gecəsi şam və xüftən namazları arasında 4 rükət namaz qılsa, hər rükətdə bir dəfə “Fatihə” və 11 dəfə “İxlas” surəsini oxuyub, namazdan sonra:

- 10 dəfə “Ya Rabbiğfir ləna” (Ey Rəbbim, bizi bağışla)

- 10 dəfə “Ya Rabbirhəmna” (Ey Rəbbim, bizə rəhm et)

- 10 dəfə “Ya Rabbi tub əleyna” (Ey Rəbbim, bizim tövbəmizi qəbul et)
 
Sonra 21 dəfə “İxlas” surəsini oxuyub,
 
daha sonra 10 dəfə

“Subhənəlləzi yuhyil məuta və yumitul əhyaə və huvə əla kullu şey’in qədir” (Pakdır o Allah ki, ölüləri dirildər, diriləri öldürər və O, hər şeyə qadirdir) - duasını oxusa, Allah bunu qəbul edib, onun dünya və axirət barəsində olan istəklərini yerinə yetirər. Onun kitabını sağ əlinə verər, gələn ilə qədər Allahın amanında olar”.


Story Code: 923938

News Link :
https://www.islamtimes.org/az/news/923938/nimeyi-şəban-gecəsinin-xüsusi-namazı-şam-və-xüftən-namazları-arasında

Islam Times
  https://www.islamtimes.org