QR CodeQR Code

ABŞ-ın dövlət katibi Bin Salmana qatil deməkdən imtina etdi

30 Mar 2021 00:47

İslamTimes: ABŞ-ın dövlət katibi Entoni Blinken Səudiyyə rejiminin vəliəhd şahzadəsinin səudiyyəli tənqidçi jurnalist Camal Kaşıkçının öldürülməsində iştirak etdiyi üçün qatil kimi qəbul edilib-edilməməsi ilə bağlı verilən sualı cavablandırmaqdan imtina edib.


Deyerler.org xəbər verir ki, Blinken CNN-ə verdiyi müsahibəsində aparıcının Bin Salmanın qatil olub-olmadığı ilə bağlı sualını şərh etməkdən imtina edərək, ABŞ hökumətinin keçən ay Camal Kaşıkçının qətli ilə bağlı yaydığı hesabata münasibət bildirib.

ABŞ-ın dövlət katibi Bayden administrasiyasının Məhəmməd bin Salmanı dolayı yolla cəzalandırmaq və Kaşıkçının qətlində iştirak edənlərə sanksiya tətbiq etmək qərarını dəstəkləməyə davam edib.

Blinken, ABŞ hökumətinin Kaşıkçı kimi insanları qadağan etmək üçün yeni addımına da toxunaraq, belə deyib: “ABŞ təkcə Səudiyyə Ərəbistanından deyil, hökumətlərinə qarşı çıxan bütün ölkələrdən insanların ABŞ-a girməməsini təmin edəcək”.

Blinken Bin Salmanı qatil adlandırmaqdan da çəkinib və Səudiyyə rejimi ilə münasibətləri yaxşılaşdırmağın lazım olduğunu vurğulayıb.

Lakin ABŞ hökumətinin martın əvvəlində Camal Kaşıkçının öldürülməsi ilə bağlı yaydığı bir hesabatda sui-qəsdin Məhəmməd bin Salmanın birbaşa əmrləri ilə həyata keçirildiyi göstərilir.

ABŞ Milli Kəşfiyyat İdarəsi tərəfindən yayımlanan hesabatda Məhəmməd bin Salmanın Camal Kaşıkçının həbs etmək və ya öldürmək üçün əməliyyat icazəsi verdiyi bildirilir. /Deyerler/

 


Story Code: 924159

News Link :
https://www.islamtimes.org/az/news/924159/abş-ın-dövlət-katibi-bin-salmana-qatil-deməkdən-imtina-etdi

Islam Times
  https://www.islamtimes.org