QR CodeQR Code

Suriya rəsmisi Türkiyənin ölkəsindən çıxmasını tələb etdi

30 Mar 2021 11:46

İslamTimes: Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəsam Səbaq bəzi ölkələrin Təhlükəsizlik Şurasının humanitar cəhdlərini siyasiləşdirməyə çalışdıqlarını açıqlayıb.


Bəsam Səbaq bu gün Suriya xalqının qarşılaşdığı sanksiyalar səbəbilə hədəfə alındığını vurğulayıb. O bildirib ki, mövcud vəziyyətdən ən çox ABŞ və Türkiyə yararlanmağa çalışır.

"Türkiyə xüsusilə ölkəmizdə işğalçı addımlarını artırmağa çalışır. Halbuki biz Türkiyə ordusunun Suriyadan tamamilə çıxarılmasını istəyirik", - deyə Bəsam Səbaq diqqətə çatdırıb.

O qeyd edib ki, beynəlxalq qanunlara görə, Suriyanın suverenliyi Türkiyə tərəfindən pozulur. /Eastnews/


Story Code: 924236

News Link :
https://www.islamtimes.org/az/news/924236/suriya-rəsmisi-türkiyənin-ölkəsindən-çıxmasını-tələb-etdi

Islam Times
  https://www.islamtimes.org