QR CodeQR Code

Sionist rejim qəzeti: Türkiyə Tel-Əvivlə səfir mübadiləsi etməyə hazırdır

إسلام تايمز , 30 Mar 2021 12:55

İslamTimes: İşğalçı İsrail rejiminin "IsraelHayom" qəzeti, bir Türk rəsmisinə istinadla Ankaranın Təl-Əvivlə səfir mübadiləsi etməyə hazır olduğunu yazıb.


Bu hesabata görə türkiyəli səlahiyyətli bildirib ki, Türkiyə səfirini işğal altındakı Fələstinə qaytarmağa hazırdır, bu şərtlə ki, bənzər addım qarşı tərəfdən də atılsın.

"IsraelHayom"-un hesabatının başqa bir hissəsində qeyd edilib ki, Fələstinin İslami Müqavimət Hərəkatı (Həmas) ilə bağlı məsələ iki tərəf arasında əsas mübahisə predmeti olaraq qalır.

Qeyd edək ki, bir neçə ay öncə Sionist rejimdəki mənbələr Tel-Əviv və Ankara arasında kəşfiyyat əlaqələrinin bərpa olunduğu ilə bağlı xəbər yaymışdı. Bu xəbərin yayımlanmasından bir neçə gün sonra Türkiyə prezidenti Ankaranın sionist rejimlə kəşfiyyat əlaqələrini davam etdirdiyini təsdiqlədi və Ankara ilə Tel-Əviv arasındakı münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirdi.


Story Code: 924246

News Link :
https://www.islamtimes.org/az/news/924246/sionist-rejim-qəzeti-türkiyə-tel-əvivlə-səfir-mübadiləsi-etməyə-hazırdır

Islam Times
  https://www.islamtimes.org