QR CodeQR Code

ABŞ-da peyvənd olunan şəxslə üçün ölkədaxili səyahət məhdudiyyətləri yumşaldılıb

3 Apr 2021 09:02

İslamTimes: ABŞ-da ölkədaxili səyahətlərə görə tətbiq edilmiş məhdudiyyətlər peyvənd olunmuş şəxslər üçün yumşaldılıb.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alma Federal Mərkəzinin məlumatında bildirilib.

Yeni təlimatlara görə, səfərdən əvvəl üç ayda koronavirusa qarışı peyvənd olunan insanlar səyahət zamanı testə cəlb edilməyəcəklər. Eyni zamanda, bu kateqoriyadan olan vətəndaşlar karantinə alınmayacaqlar.

Qeyd edək ki, ABŞ-da hazırda koronavirusa qarşı üç peyvənd (“Pfizer”, “BioNTech”, “Moderna”) təsdiq edilib. “AstraZeneca” peyvəndi isə müvafiq tibbi tənzimləyici qurum tərəfindən təsdiq gözləyir.


Story Code: 924954

News Link :
https://www.islamtimes.org/az/news/924954/abş-da-peyvənd-olunan-şəxslə-üçün-ölkədaxili-səyahət-məhdudiyyətləri-yumşaldılıb

Islam Times
  https://www.islamtimes.org