QR CodeQR Code

Cənubi Koreyanın baş naziri İrana gedəcək

10 Apr 2021 00:47

İslamTimes: İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Cənubi Koreyanın baş nazirinin 22 və 23 aprel tarixlərində İrana səfər edəcəyini elan edib.


Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Səid Xətibzadənin sözlərinə görə, Cənubi Koreyanın baş naziri Çunq Sye-Kunq İran rəsmiləri ilə ikitərəfli məsələləri, o cümlədən mərkəzi bankın aktivlərinə girişin qanunsuz məhdudlaşdırılması məsələsini müzakirə edəcək.

“Səfərin təfərrüatlarını dəqiqləşdirmək üçün texniki koordinasiya hər iki tərəfdən davam etdirilir”, - deyə Xətibzadə bildirib.

Xatırladaq ki, Cənubi Koreyanın baş naziri İranın birinci vitse-prezidenti İshaq Cahangiri ilə danışıqlardan başqa, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ilə də görüşəcək.

 


Story Code: 926357

News Link :
https://www.islamtimes.org/az/news/926357/cənubi-koreyanın-baş-naziri-irana-gedəcək

Islam Times
  https://www.islamtimes.org