0
Saturday 10 April 2021 - 00:47

Cənubi Koreyanın baş naziri İrana gedəcək

Story Code : 926357
Cənubi Koreyanın baş naziri İrana gedəcək
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Səid Xətibzadənin sözlərinə görə, Cənubi Koreyanın baş naziri Çunq Sye-Kunq İran rəsmiləri ilə ikitərəfli məsələləri, o cümlədən mərkəzi bankın aktivlərinə girişin qanunsuz məhdudlaşdırılması məsələsini müzakirə edəcək.

“Səfərin təfərrüatlarını dəqiqləşdirmək üçün texniki koordinasiya hər iki tərəfdən davam etdirilir”, - deyə Xətibzadə bildirib.

Xatırladaq ki, Cənubi Koreyanın baş naziri İranın birinci vitse-prezidenti İshaq Cahangiri ilə danışıqlardan başqa, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ilə də görüşəcək.