QR CodeQR Code

ABŞ-da mağazada atışma olub, ölən və xəsarət alanlar var

11 Apr 2021 00:37

İslamTimes: ABŞ-ın Missuri ştatının cənub hissəsindəki mağazada şənbə günü baş verən atışma nəticəsində azı bir nəfər öldürülüb, daha üç nəfər yaralanıb.


“Report” xəbər verir ki, bu barədə polisin nümayəndələrinə istinadən “Fox News” telekanalı bildirib.

Asayiş keşikçiləri güman edirlər ki, atəşi yerli sakin açıb. Onun şəxsiyyəti açıqlanmır. Cinayətkar atəş üçün tapançadan istifadə edib.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hakimiyyət güman edir ki, şübhəli şəxs atəş açdığı şəxslərlə tanışdır. Hadisəni törədən şəxs saxlanılıb.


Story Code: 926503

News Link :
https://www.islamtimes.org/az/news/926503/abş-da-mağazada-atışma-olub-ölən-və-xəsarət-alanlar-var

Islam Times
  https://www.islamtimes.org