QR CodeQR Code

Əfqanıstan prezidenti ölkədə növbədənkənar seçkilərin keçirilməsinə çağırdı

12 Apr 2021 08:05

İslamTimes: Əfqanıstan prezidenti Əşrəf Qani ölkədə siyasi böhranın nizama salınması üçün növbədənkənar seçkilərin keçirilməsini təklif edib.


Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.

Kabildə keçirilən tədbirdə çıxış edən dövlət başçısı qeyd edib ki, seçkilər beynəlxalq müşahidəçilərin nəzarəti altında, qısa müddətə keçirilməlidir.

Bu halda Qani əmin edib ki, seçkilərdə namizədliyini irəli sürmək niyyətində deyil və ölkənin idarə ediməsini seçkilərin nəticəsinə görə formalaşdırılacaq yeni hökumətə həvalə edəcək.

Prezident qeyd edib ki, Əfqanıstanda 42 illik müharibə xalq kütlələri arasında fikir ayrılığına səbəb olub.

"Biz ölkədə möhkəm sülh istəyirik. Sülhün qurulması böyük qurbanlar tələb edir", - Qani əlavə edib.


Story Code: 926673

News Link :
https://www.islamtimes.org/az/news/926673/əfqanıstan-prezidenti-ölkədə-növbədənkənar-seçkilərin-keçirilməsinə-çağırdı

Islam Times
  https://www.islamtimes.org