QR CodeQR Code

İran sanksiyaların 3 qrupa ayrılmasını qəbul etmir!

إسلام تايمز , 17 Apr 2021 14:09

İslamTimes: İran sanksiyaların ləğv ediləcək, müzakirə olunacaq və ləğv edilməsi mümkün olmayan 3 qrupa bölünməsini qəbul etmir


Vyana danışıqlarında iştirak edən mənbə bildirib ki, İranın sanksiyaların 3 qrupa bölünməsini heç vəchlə  qəbul etmir və ABŞ bütün sanksiyaları bir mərhələdə ləğv etməlidir.

Bəzi Qərb media vasitələri dünən yayımladıqları xəbərlərdə bildiriblər ki, ABŞ bütün sanksiyaları ləğv etmək niyyətində deyil. Bu xəbərə görə, ABŞ-ın ləğv etməsini nəzərdə tutduğu sanksiyalar belə Tehranın əlavə güzəştlərə getməsindən sonra baş tutacaq.

Vyana danışıqlarında iştirak edən etibarlı mənbə bu gün Press TV-yə verdiyi müsahibədə İran tərəfinin sanksiyaların üç kateqoriyaya bölünməsini qəbul etmədiyini bildirib. İran 2015-ci il razılaşmasındana sonra tətbiq edilən bütün sanksiyaların aradan qaldırılacağı təqdirdə öhdəliklərinə geri dönəcək.


Story Code: 927733

News Link :
https://www.islamtimes.org/az/news/927733/iran-sanksiyaların-3-qrupa-ayrılmasını-qəbul-etmir

Islam Times
  https://www.islamtimes.org