QR CodeQR Code

Abdullah Gül Dmitri Medvedevlə Qarabağ məsələsini müzakirə edəcək

18 Aug 2011 12:11

IslamTimes - Türkiyə Prezidenti Abdullah Gül və Rusiya Prezidenti Dmitri Medvedev Qarabağ məsələsini müzakirə edəcəklər.


Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti məlumat yayıb.

Abdullah Gül sentyabrın 7-də və 8-də Yaroslavl Qlobal Siyasi forumunda iştirak etmək məqsədi ilə Rusiyaya səfər edəcək.

Rusiya Prezidenti Dmitri Medvedevin rəhbərliyi ilə baş tutacaq forumda, həmçinin Almaniya Kansleri Angela Merkel və Latviyanın sabiq prezidenti Valdis Zatlers də iştirak edəcəklər.

Güllə Medvedevin görüşündə Qarabağ münaqişəsi ilə yanaşı, İranın nüvə proqramı, Əfqanıstan, İraq, Liviya, Misir və Suriyadakı vəziyyət də müzakirə mövzusu olacaq.


Story Code: 92785

News Link :
https://www.islamtimes.org/az/news/92785/abdullah-gül-dmitri-medvedevlə-qarabağ-məsələsini-müzakirə-edəcək

Islam Times
  https://www.islamtimes.org