QR CodeQR Code

Dövlət Departamenti ABŞ-ın Belarusda çevrilişə cəhdlə bağlı yayılan məlumatlara münasibət bildirib

19 Apr 2021 10:36

İslamTimes: “ABŞ-ın Belarus Respublikası ərazisində planlı şəkildə çevrilişlə əlaqəli sui-qəsdlərlə heç bir əlaqəsi yoxdur”.


APA “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

Departament rəsmisi ABŞ-ın Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd planları barədə yayılan məlumatları təkzib edib: “Rusiya dövlət mediasında Aleksandr Lukaşenkoya qarşı sui-qəsd barədə xəbərləri və bununla bağlı mətbuatda birbaşa açıqlamalar verildiyini gördük. Bunun arxasında ABŞ hökumətinin dayandığı və ya Lukaşenkoya qarşı sui-qəsd cəhdində iştirak etdiyinə dair hər hansı bir məlumat tamamilə yalandır”.


Story Code: 928003

News Link :
https://www.islamtimes.org/az/news/928003/dövlət-departamenti-abş-ın-belarusda-çevrilişə-cəhdlə-bağlı-yayılan-məlumatlara-münasibət-bildirib

Islam Times
  https://www.islamtimes.org