QR CodeQR Code

“Taliban” Əfqanıstanda partlayış törədib, ölənlər və yaralananlar var

20 Apr 2021 11:16

İslamTimes: Əfqanıstanın şimal-qərbində törədilmiş partlayış zamanı iki polis əməkdaşı həlak olub.


“Report”un məlumatına görə, bu barədə 1TV telekanalı xəbər verib.

Qeyd edilir ki, hadisə Herat əyalətində baş verib. Minalanmış avtomobilin partladılması zamanı həmçinin daha 3 polis əməkdaşı yaralanıb.

Partlayışdan sonra “Taliban” silahlılarının hücumu baş verib. Polis əməkdaşları ilə silahlılar arasında atışma bir neçə saat davam edib. Sonda “taliblər” sıxışdırılaraq ərazidən uzaqlaşdırılıblar.

“Taliban” hələlik hadisəni şərh etməyib.

 


Story Code: 928247

News Link :
https://www.islamtimes.org/az/news/928247/taliban-əfqanıstanda-partlayış-törədib-ölənlər-və-yaralananlar-var

Islam Times
  https://www.islamtimes.org