QR CodeQR Code

ABŞ generalı: İranın PUA-ları Yaxın Şərq əməliyyatlarında üstünlüyümüzü əlimizdən alıb

21 Apr 2021 11:50

İslamTimes: “Yaxın Şərqin müxtəlif bölgələrində İran və tərəfdarları tərəfindən kiçik və orta həcmli kəşfiyyat və hücum PUA-larının geniş şəkildə istifadə edilməsi o deməkdir ki, ABŞ Koreya müharibəsindən indiyə qədər əməliyyatlarda üstünlüyünü əldən verib.”


SalamNews BBC-ə istinadla xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) generalı Frank Kennet Makkenzi deyib.

General Frank Kennet Makkenzi konqresdə çıxışı zamanı İranın Yaxın Şərqdə ABŞ və müttəfiqləri üçün davamlı təhdid olduğunu bildirib.

O bildirib ki, "İran və tərəfdarları tərəfindən kiçik və orta həcmli kəşfiyyat və hücum PUA-larının geniş şəkildə istifadə edilməsi o deməkdir ki, ABŞ Koreya müharibəsindən indiyə qədər əməliyyatlarda tam üstünlüyünü əldən verib.”

Təkcə cari ildə Səudiyyə Ərəbistanın həssas mövqelərinə PUA-larla 150 hücumun olduğunu deyən general, İran və tərəfdarlarında olan PUA-ların sıradan çıxarılması üçün təklif irəli sürərək deyib:

“Madam ki, pilotsuz təyyarələrin sistemlərini aşkarlayan və onları sıradan çıxaran şəbəkə ərsəyə gətirilməyib, üstünlük bizim əlimizdə olmayacaq.”


Story Code: 928426

News Link :
https://www.islamtimes.org/az/news/928426/abş-generalı-iranın-pua-ları-yaxın-şərq-əməliyyatlarında-üstünlüyümüzü-əlimizdən-alıb

Islam Times
  https://www.islamtimes.org