0
Wednesday 21 April 2021 - 11:50

ABŞ generalı: İranın PUA-ları Yaxın Şərq əməliyyatlarında üstünlüyümüzü əlimizdən alıb

Story Code : 928426
ABŞ generalı: İranın PUA-ları Yaxın Şərq əməliyyatlarında üstünlüyümüzü əlimizdən alıb
SalamNews BBC-ə istinadla xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) generalı Frank Kennet Makkenzi deyib.

General Frank Kennet Makkenzi konqresdə çıxışı zamanı İranın Yaxın Şərqdə ABŞ və müttəfiqləri üçün davamlı təhdid olduğunu bildirib.

O bildirib ki, "İran və tərəfdarları tərəfindən kiçik və orta həcmli kəşfiyyat və hücum PUA-larının geniş şəkildə istifadə edilməsi o deməkdir ki, ABŞ Koreya müharibəsindən indiyə qədər əməliyyatlarda tam üstünlüyünü əldən verib.”

Təkcə cari ildə Səudiyyə Ərəbistanın həssas mövqelərinə PUA-larla 150 hücumun olduğunu deyən general, İran və tərəfdarlarında olan PUA-ların sıradan çıxarılması üçün təklif irəli sürərək deyib:

“Madam ki, pilotsuz təyyarələrin sistemlərini aşkarlayan və onları sıradan çıxaran şəbəkə ərsəyə gətirilməyib, üstünlük bizim əlimizdə olmayacaq.”