QR CodeQR Code

Bayden çıxışı zamanı sözləri səhv salıb

22 Apr 2021 04:52

İslamTimes: ABŞ prezidenti Co Bayden koronavirusun yayılması ilə bağlı vəziyyət barədə danışarkən “salon” sözünün əvəzinə “salun” sözünü işlədərək səhvə yol verib.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-da COVID-19-la mübarizənin nəticələrindən söhbət açan Bayden Ohayo ştatındakı bir gözəllik salonunu nümunə gətirərək, peyvənd proqramına qatılan ölkə vətəndaşlarının məsuliyyətli olmasına toxunub.

“Salon müdiri vaxtını və enerjisini sərf etdi ki, onun əməkdaşları və ziyarətçiləri peyvənd olunsunlar. Salundan çıxarkən işçilər... Salun? Salon. Bəlkə onlar salunları da ziyarət edirlər, bilmirəm. Ancaq salondan çıxarkən işçilər müştərilərin özlərinin və onların ailə üzvlərinin peyvənd üçün qeydiyyatdan keçmələrinə yardım göstəriblər”, - deyə prezident gülərək bildirib.


Story Code: 928602

News Link :
https://www.islamtimes.org/az/news/928602/bayden-çıxışı-zamanı-sözləri-səhv-salıb

Islam Times
  https://www.islamtimes.org