QR CodeQR Code

Türkiyə F-35-dən kənarlaşdırıldı: Ağardan MÜHÜM AÇIQLAMA

22 Apr 2021 12:00

İslamTimes: 1952-ci ildə F-87 ilə başlayan strateji asılılığın artıq bitdiyinə dair son dərəcə əhəmiyyətli bir vəziyyət və tarixi məlumatlar arxivlərdə yer alacaq.


Bunu türkiyəli hərbi ekspert Abdullah Ağar ABŞ-ın Türkiyəni F-35 proqramından kənarlaşdırması barədə rəsmi açıqlamasına münasibət bildirərkən deyib.

"2030-cu ilə qədər sahib olduğumuz F-16-ları yeniləyib, gələcəkdə 4 və 5-ci nəsil səviyyəsinə qədər yüksəldə bilsək, yeni bir təyyarə modeli almağa ehtiyac qalmayacaq.

Bu, bir tarixi qırılma anıdır. Sadəcə siyasi deyil, geopolitik nəticələri də olacaq. Bəlkə də F seriyası ABŞ-dan asılılıqların sonudur", - Ağar vurğulayıb.

Qeyd edək ki, ötən gün Pentaqon rəsmən Türkiyənin F-35 proqramından çıxarıldığını elan edib. /Axar.az/


Story Code: 928638

News Link :
https://www.islamtimes.org/az/news/928638/türkiyə-f-35-dən-kənarlaşdırıldı-ağardan-mühüm-açiqlama

Islam Times
  https://www.islamtimes.org