QR CodeQR Code

İranın cənub-şərqində silahlı qrup zərərsizləşdirilib, azı üç ölü var

24 Apr 2021 15:26

İslamTimes: İranın Sistan-Bəluçistan əyalətində bir silahlı qrup zərərsizləşdirilib. Azı 3 silahlı məhv edilib.


SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın İslam İnqilabının Keşikçilər Ordusu bəyanat verib.

Bildirilib ki, Sistan Bəluçistan əyalətində bir silahlı qrupun yeri hücumlarını həyata keçirməmişdən öncə aşkarlanıb.

Qabaqlayıcı əməliyyat nəticəsində üç silahlı öldürülüb.

Əlavə edilib ki, bu əməliyyat zamanı xeyli silah-sursat ələ keçirilib.

Qeyd edək ki, İranın Pakistanla sərhədində yerləşən bölgələri ara-sıra “Ceyşul-Ədl” kimi terror qrupların hücumlarının şahidi olur.


Story Code: 929003

News Link :
https://www.islamtimes.org/az/news/929003/iranın-cənub-şərqində-silahlı-qrup-zərərsizləşdirilib-azı-üç-ölü-var

Islam Times
  https://www.islamtimes.org