QR CodeQR Code

Pentaqon Əfqanıstana iki bombardmançı təyyarə göndərib

24 Apr 2021 16:38

İslamTimes: Pentaqon, ABŞ əsgərlərinin ölkədən çıxarılması ərəfəsində onları qorumaq məqsədi ilə Əfqanıstana bombardmançı təyyarələr göndərib.


SalamNews "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi məlumat verib.

O, eyni zamanda Əfqanıstan yaxınlığındakı "Eyzenhauer" təyyarə daşıyan gəminin də müəyyən vaxt ərzində Mərkəzi Komandanlığın məsuliyyət bölgəsində qalacağını açıqlayıb.

Kirbi artıq iki "B-52" bombardmançı təyyarənin ölkəyə gəldiyini qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın addımları yalnız qoşunların qorunması ilə deyil, həm də maddi-texniki təminatla bağlıdır.




 


Story Code: 929017

News Link :
https://www.islamtimes.org/az/news/929017/pentaqon-əfqanıstana-iki-bombardmançı-təyyarə-göndərib

Islam Times
  https://www.islamtimes.org