QR CodeQR Code

Vaşinqton: İrana təkliflərimiz öhdəlik müqabilində öhdəliyə əsaslanır

إسلام تايمز , 24 Apr 2021 22:58

İslamTimes: ABŞ Dövlət Departamentinin sözçüsü, Bayden rəhbərliyinin İrana təkliflərinin öhdəlik müqabilində öhdəliyə söykəndiyini bildirib


ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays "Əl-Cəzirə" kanalı ilə müsahibəsi zamanı deyib: "Biz İranla aramızdakı məsələlərin həlli üçün diqqətimizi diplomatiya yoluna yönəltmişik. Bu ölkə ilə imzalanan nüvə anlaşması çox vacib idi."

Ned Prays əlavə edib: "Vyana danışıqlarında İranın HBFP sazişindəki öhdəliklərinə sadiqliyi, ABŞ-ın ləğv etməsi mümkün olan sanksiyalar barədə müzakirələr aparılır."

Qeyd edək ki, Ned Prays işğalçı İsrail rejiminə də müzakirələr barədə məlumat verildiyini söyləyib. Sionist rejim ABŞ-ın HBFP sazişinə dönməsinin tərəfdarı deyil və rəsmi Vaşinqtonu bu addımdan çəkindirmək istəyir.


Story Code: 929108

News Link :
https://www.islamtimes.org/az/news/929108/vaşinqton-irana-təkliflərimiz-öhdəlik-müqabilində-öhdəliyə-əsaslanır

Islam Times
  https://www.islamtimes.org