QR CodeQR Code

Almaniyadan Rusiya ilə savaş xəbərdarlığı: “Vəziyyət pisdir”

26 Apr 2021 13:16

İslamTimes: Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Hayko Maas Rusiya ilə qarşıdurma barədə xəbərdarlıq edərək, rəsmi Berlinin Moskva ilə dialoq və mehriban qonşuluq üçün çalışdığını deyib.


Teleqraf.com xəbər verir ki, nazir bu barədə “ARD” telekanalının efirində söyləyib.

Maas Almaniyanın Qərb və Rusiya arasında ehtimal olunan qarşıdurmada iştirak etmək istəmədiyini bildirib:

“Bu qarşıdurmaya qoşulmaq bizim üçün maraqlı deyil. Rusiya ilə dialoqa və mehriban qonşuluq münasibətlərinə can atırıq”.

O, Qərbdən Rusiyaya qarşı tətbiq olunan sanksiyaların vəziyyəti bir qədər də pisləşdirəcəyini iddia edib: “Bu addımlar faydalı olmayacaq”.

Maasın fikrincə, Rusiya və Qərb ölkələri arasında münasibətlər çox pisdir, bu qarşıdurma ehtimalı təxribatlar nəticəsinə yaranır.


Story Code: 929301

News Link :
https://www.islamtimes.org/az/news/929301/almaniyadan-rusiya-ilə-savaş-xəbərdarlığı-vəziyyət-pisdir

Islam Times
  https://www.islamtimes.org