QR CodeQR Code

Yəmən: 20-dən çox əsir azad edildi!

إسلام تايمز , 26 Apr 2021 23:35

İslamTimes: Yəmənli Əsirlərlə bağlı İşlər üzrə Milli Komitənin sədri bildirib ki, Yəmən ordusundan və xalq komitələrindən olan 22 hərbi əsir Səudiyyə koalisiyası ilə əsir mübadiləsi zamanı sərbəst buraxılıb.


Yəmənli Hərbi Əsirlər Milli Komitəsinin sədri Əbdül Qadir əl-Murtəza bu gün Twitter hesabında paylaşım edərək yazıb: "Yəmən ordusu və xalq komitələrindən olan 22 əsir azad edildi."

Əl-Məsirə şəbəkəsinin verdiyi məlumata görə, Əbdül Qadir əl-Murtəza deyib: "Allahın köməyi ilə bu gün yerli qrupların vasitəçiliyi ilə 22 əsir Səudiyyə rejimi ilə məhbusların mübadiləsi çərçivəsində ailələrinə qovuşdu..."

Qeyd edək ki, təcavüzkar Səudiyyə rejimi bir neçə həftə idi ki, BMT-nin nəzarəti altında həyata keçirilməsi nəzərdə tutulan əsirlərin dəyişdirilməsi prosesinə müxtəlif bəhanələrlə əngəl olurdu.


Story Code: 929411

News Link :
https://www.islamtimes.org/az/news/929411/yəmən-20-dən-çox-əsir-azad-edildi

Islam Times
  https://www.islamtimes.org