0
Monday 26 April 2021 - 23:35

Yəmən: 20-dən çox əsir azad edildi!

Story Code : 929411
Yəmən: 20-dən çox əsir azad edildi!
Yəmənli Hərbi Əsirlər Milli Komitəsinin sədri Əbdül Qadir əl-Murtəza bu gün Twitter hesabında paylaşım edərək yazıb: "Yəmən ordusu və xalq komitələrindən olan 22 əsir azad edildi."

Əl-Məsirə şəbəkəsinin verdiyi məlumata görə, Əbdül Qadir əl-Murtəza deyib: "Allahın köməyi ilə bu gün yerli qrupların vasitəçiliyi ilə 22 əsir Səudiyyə rejimi ilə məhbusların mübadiləsi çərçivəsində ailələrinə qovuşdu..."

Qeyd edək ki, təcavüzkar Səudiyyə rejimi bir neçə həftə idi ki, BMT-nin nəzarəti altında həyata keçirilməsi nəzərdə tutulan əsirlərin dəyişdirilməsi prosesinə müxtəlif bəhanələrlə əngəl olurdu.