QR CodeQR Code

Fars Körfəzində ABŞ və İran gəmiləri arasında gərgin anlar yaşanıb

28 Apr 2021 10:15

İslamTimes: “İranın İslam İnqilabının Keşikçilər Ordusuna aid üç qayıq Fars Körfəzi sularında ABŞ hərbi gəmisinə həddən artıq yaxınlaşıb və tərəflər arasında gərgin anlar yaşanıb.”


SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari ayın 26-da Sepah-a məxsus üç sürətli hərbi qayıq ABŞ Ordusunun donanmasının digər gəmilərini müşayiət edən “Ferebolt” hərbi gəmisinə həddən artıq yaxınlaşıb və manevralar həyata keçirilblər.

Əlavə edilib ki, qayıqların uzaqlaşması və təhlükəsizlik məsafəsini qoruması üçün xəbərdarlıq atəşi açılıb.

Pentaqon cari ayın əvvəlində də oxşar hadisənin baş verdiyini bildirmişdi.


Story Code: 929651

News Link :
https://www.islamtimes.org/az/news/929651/fars-körfəzində-abş-və-iran-gəmiləri-arasında-gərgin-anlar-yaşanıb

Islam Times
  https://www.islamtimes.org