QR CodeQR Code

"Ölkəni qapatmaqdansa cəsədlər üst-üstə yığılsın" - Boris Conson

28 Apr 2021 00:48

İslamTimes: İngiltərə baş naziri 3-cü qapanmaya qarşıdır?


İngiltərə Baş Naziri Boris Conson "ölkəni payızda qapatmaqdansa, cəsədlərin üst-üstə yığılmasına üstünlük verərəm" fikrini söyləyib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bunu İngilis "Daily Mail" qəzeti iddia edib.

Qəzet iqamətgahında koronavirus ilə bağlı qızğın mübahisədə baş nazirin bu fikri dilə gətirdiyini yazıb.

Boris Conson epidemiyaya qarşı tədbir olaraq ölkədə üçüncü dəfə qapanmaya getməkdənsə "Lazım gələrsə minlərlə cəsəd üst-üstə yığılsın" - fikrini dilə gətirib.

Müzakirələrdən xəbərdar olan və BBC-yə danışan mənbələr bu açıqlamanı təsdiqləyiblər.

Conson isə bunu rədd edərək məhdudiyyətlərin işə yaradığını deyib və belə xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Yayılan xəbərlər cəmiyyətdə və əzizlərini pandemiyada itirən ailələrdə böyük narazılıq və narahatlıq yaradıb.


Story Code: 929656

News Link :
https://www.islamtimes.org/az/news/929656/ölkəni-qapatmaqdansa-cəsədlər-üst-üstə-yığılsın-boris-conson

Islam Times
  https://www.islamtimes.org