0
Wednesday 28 April 2021 - 00:48

"Ölkəni qapatmaqdansa cəsədlər üst-üstə yığılsın" - Boris Conson

Story Code : 929656
"Ölkəni qapatmaqdansa cəsədlər üst-üstə yığılsın" - Boris Conson
İngiltərə Baş Naziri Boris Conson "ölkəni payızda qapatmaqdansa, cəsədlərin üst-üstə yığılmasına üstünlük verərəm" fikrini söyləyib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bunu İngilis "Daily Mail" qəzeti iddia edib.

Qəzet iqamətgahında koronavirus ilə bağlı qızğın mübahisədə baş nazirin bu fikri dilə gətirdiyini yazıb.

Boris Conson epidemiyaya qarşı tədbir olaraq ölkədə üçüncü dəfə qapanmaya getməkdənsə "Lazım gələrsə minlərlə cəsəd üst-üstə yığılsın" - fikrini dilə gətirib.

Müzakirələrdən xəbərdar olan və BBC-yə danışan mənbələr bu açıqlamanı təsdiqləyiblər.

Conson isə bunu rədd edərək məhdudiyyətlərin işə yaradığını deyib və belə xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Yayılan xəbərlər cəmiyyətdə və əzizlərini pandemiyada itirən ailələrdə böyük narazılıq və narahatlıq yaradıb.