QR CodeQR Code

"İsraillə münasibətlər Fələstin məsələsini unutdurmamalıdır!"

إسلام تايمز , 5 May 2021 15:47

İslamTimes: Lavrov: "Ərəb ölkələrinin İsraillə münasibətləri normallaşdırması Fələstin məsələsinin bir kənara qoyulmasına səbəb olmamalıdır!"


Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Fələstin Muxtariyyətinin Xarici İşlər naziri Riyad əl-Maliki ilə görüşü zamanı ərəb ölkələrinə xitabən deyib ki, İsrail ilə münasibətlərin normallaşdırılması Fələstin məsələsinin bir kənara qoyulmasına səbəb olmamalıdır.

Lavrov Qüdsdə baş verən hadisələr, gərginliklərə görə də narahat olduğunu dilə gətirib.

Son həftələrdə sionist hərbçilərin Məscidül-Əqsa ətrafındakı qanunsuz davranışları, oruc halda Məscidül-Əqsada ibadət etmək istəyən fələstinlilərə qarşı yasaqları, sionistlər ilə fələstinlilər arasında gərginliyə və qarşıdurmaya səbəb olub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarovanın sözlərinə görə, Yaxın Şərqdəki sülh prosesi və fələstinli qruplar arasındakı münasibətlər Lavrov və Maliki arasındakı danışıqların əsas mövzusu olub.


Story Code: 930916

News Link :
https://www.islamtimes.org/az/news/930916/israillə-münasibətlər-fələstin-məsələsini-unutdurmamalıdır

Islam Times
  https://www.islamtimes.org