0
Wednesday 5 May 2021 - 15:47

"İsraillə münasibətlər Fələstin məsələsini unutdurmamalıdır!"

Story Code : 930916
"İsraillə münasibətlər Fələstin məsələsini unutdurmamalıdır!"
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Fələstin Muxtariyyətinin Xarici İşlər naziri Riyad əl-Maliki ilə görüşü zamanı ərəb ölkələrinə xitabən deyib ki, İsrail ilə münasibətlərin normallaşdırılması Fələstin məsələsinin bir kənara qoyulmasına səbəb olmamalıdır.

Lavrov Qüdsdə baş verən hadisələr, gərginliklərə görə də narahat olduğunu dilə gətirib.

Son həftələrdə sionist hərbçilərin Məscidül-Əqsa ətrafındakı qanunsuz davranışları, oruc halda Məscidül-Əqsada ibadət etmək istəyən fələstinlilərə qarşı yasaqları, sionistlər ilə fələstinlilər arasında gərginliyə və qarşıdurmaya səbəb olub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarovanın sözlərinə görə, Yaxın Şərqdəki sülh prosesi və fələstinli qruplar arasındakı münasibətlər Lavrov və Maliki arasındakı danışıqların əsas mövzusu olub.