QR CodeQR Code

Əfqanıstanda qızlar məktəbində törədilən partlayışda ölənlərin sayı 50-i keçib

9 May 2021 10:43

İslamTimes: Əfqanıstanın paytaxtı Kabilin qərbində qızlar məktəbinin qarşıdısında törədilən partlayışda ölənlərin sayı 50-i keçib.


SalamNews AvaPress-ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyi məlumat verir.

Bildirilib ki, Dəşt-Pərçi rayonunda qızların məktəbi qarşısında törədilmiş partlayışda ölən şagird və müəllimələrin sayı 50-ni keçib.

Qeyd edək ki, bu hücumda ölənlərin çoxu yeniyetmə qızlardır. Terror aktı şagird qızların məktəbdən çıxan zamanı minalanmış maşının partladılması ilə həyata keçirilib.

Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib. Taliban bu hücumda məsuliyyət daşımadığını bildirib.


Story Code: 931662

News Link :
https://www.islamtimes.org/az/news/931662/əfqanıstanda-qızlar-məktəbində-törədilən-partlayışda-ölənlərin-sayı-50-i-keçib

Islam Times
  https://www.islamtimes.org