0
Sunday 9 May 2021 - 10:43

Əfqanıstanda qızlar məktəbində törədilən partlayışda ölənlərin sayı 50-i keçib

Story Code : 931662
Əfqanıstanda qızlar məktəbində törədilən partlayışda ölənlərin sayı 50-i keçib
SalamNews AvaPress-ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyi məlumat verir.

Bildirilib ki, Dəşt-Pərçi rayonunda qızların məktəbi qarşısında törədilmiş partlayışda ölən şagird və müəllimələrin sayı 50-ni keçib.

Qeyd edək ki, bu hücumda ölənlərin çoxu yeniyetmə qızlardır. Terror aktı şagird qızların məktəbdən çıxan zamanı minalanmış maşının partladılması ilə həyata keçirilib.

Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib. Taliban bu hücumda məsuliyyət daşımadığını bildirib.