QR CodeQR Code

Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək

10 May 2021 01:15

İslamTimes: Rusiyanın Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.


Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, Rusiyanın xarici siyasət idarəsinin rəhbərinin Qarabağda vəziyyətin müzakirəsi üzrə bir sıra görüşləri planlaşdırılıb. Sergey Lavrov çərşənbə axşamına qədər Azərbaycan paytaxtında qalacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycanın rəhbərliyi ilə görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, həmçinin beynəlxalq səhnədə qarşılıqlı fəaliyyətin geniş dairəsinə baxılması güman edilir.


Story Code: 931731

News Link :
https://www.islamtimes.org/az/news/931731/sergey-lavrov-bu-gün-azərbaycana-səfər-edəcək

Islam Times
  https://www.islamtimes.org